Xəbər lenti


“Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricdən qaynaqlanır”.

Bu sözləri İrəvanda Ermənistan Demokratiya Forumunda çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.

N.Paşinyan qeyd edib ki, xaricdən olan təhdidlər hamıya yaxşı məlumdur və aşkardır.

“Ancaq vacibdir ki, biz hamımız cəmiyyətdə dolaşan ən aktual suala cavab verə və onu isbat edə bilək – Demokratiya həm də təhlükəsizliyi təmin etməyə qadirdirmi? Bu, həqiqətən də vacib sualdır və hamımız inanırıq ki, onun müsbət cavabı var. Amma bunu hələ sübut etmək lazımdır”, - deyə Ermənistanın baş naziri vurğulayıb.

Mənbə: Sputnik Ermənistan




Ana səhifəyə qayıt        Baxış: 3 063          Tarix: 31-05-2023, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma