Xəbər lenti

Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” deyilən şey, əslində, onların çıxıb getməsi deməkdir.

Musavat.com erməni Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikir erməni hüquq eksperti Vardan Poqosyana məxsusdur.

O, ABŞ Dövlət Departamentinin nümayəndəsinin “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Azərbaycanın istədiyi şəkildə təmin edilməlidir” sözlərini xatırladıb.

“Ermənistan hakimiyyəti sadəcə olaraq ermənilərin Azərbaycan ərazisində yaşadıqlarını deyir, Bakını onların hüquqlarına hörmət etməyə çağırır, eyni zamanda guya hansısa beynəlxalq mexanizmlər üzərində düşünürlər. Lakin bu mexanizmlər mövcud deyil və üstəlik, rəsmi Bakı bunu qəbul etmir. Ermənistan hakimiyyəti isə onların əlinə belə bir bəhanə verib”, - deyə, erməni ekspert qeyd edib.

Poqosyana görə, Paşinyan adəti üzrə bir daha “Ermənistan hakimiyyətinin sona qədər mübarizə apardığını”, “lakin alınmadığını”, “ona görə də buna dözmək lazım olduğunu” söyləyəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 013          Tarix: 2-06-2023, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma