Xəbər lenti

Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqları mümkün etmək üçün ABŞ-dən birtərəfli sanksiyaları ləğv etməyi tələb edib.

Bu barədə Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Liu Penyu bildirib.

“Amerika tərəfi Çinlə münasibətlərdə yaranan çətinliklərin səbəbini bilir. O, faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edib. Mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”, - Çin səfirliyinin nümayəndəsi bildirib.

Mənbə: rbc.ua




Ana səhifəyə qayıt        Baxış: 3 650          Tarix: 30-06-2023, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma