“Qarabağ ətrafında bir çox gözləntilər Fransanın və şəxsən prezident Emmanuel Makronun vasitəçiliyi ilə bağlı idi”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RT France”ın müxbiri İqor Kuraşenkoya müsahibəsində deyib.
“Paris bu vasitəçilik gündəminə mane olmağa çalışdı və Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirərkən nizamlanmanın dinc yolla getməsi üçün həqiqətən yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası vəziyyətə nüfuz etməyə başlayan kimi hər şey dəyişdi. Bu, Parisin vasitəçiliyində Qərbə meyl edəcək hər kəs üçün dərs ola bilər. Paris bu dəfə özünü birtəhər izah etmək üçün hər hansı söz tapmağı belə lazım bilmədi. Axı ən azı son bir ildir ki, Paris rəsmi İrəvan baxımından əsas vasitəçi olduğunu daim deyir”, - Zaxarova bildirib.
Paylaş: