Xəbər lenti

“Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıyan sənədi imzalayan Nikol Paşinyan təkcə Qarabağı deyil, Ermənistanın tərkibində (?!-red) olan anklavları da təslim etdi”.

Musavat.com erməni mediasına istindən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan Telegram kanalında yazıb:

“Bundan sonra nə olacağını başa düşməniz lazımdır. Azərbaycanın “anklavlar” üzərində nəzarəti ələ keçirməsi Ermənistanın özünün blokadasına düşməsi deməkdir. Gələcəkdə azərbaycanlılar Ermənistanın İran və Gürcüstanla əlaqələrini kəsə bilərlər.

Paşinyan “anklavları” təslim etməklə Azərbaycanın Ermənistanı Gürcüstan və İranla birləşdirən dövlətlərarası marşrutlara çıxışını təmin edib. Bununla  Azərbaycan qoşunları İran və Gürcüstandan Ermənistana gedən qaz kəmərlərinə yaxınlaşıb”,-deyə Matevosyan yazıb.

Erməni ekspert “ağıllı” fikirlərində daha da irəli gedib:

Bir neçə ay əvvəl yazdıqlarımı təkrarlayacağam: “DQR müdafiə ordusunun” (qondarma-red.) buraxılması tələbi Ermənistan Silahlı Qüvvələrinin buraxılması tələbinin müqəddiməsi və ya məşqidir.

Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması tələbi Ermənistandan 102 saylı hərbi bazanın və rus sərhədçilərin çıxarılması tələbinin müqəddiməsi və ya məşqidir.

“Stpanakert”in Xankəndi adlanması “Göyçə”, “Basargeçər”, “İrəvan” toponimlərinə keçidin müqəddiməsi və ya məşqdir.

Laçın dəhlizinin blokadası Ermənistanın özünün blokadası üçün müqəddimə/məşqdir.

Bir sözlə, biz (ermənilər-red.) Ermənistan dövlətçiliyinin “sərbəst süqutunun” ən çətin mərhələsinə təzəcə qədəm qoyuruq”.




Ana səhifəyə qayıt        Baxış: 3 176          Tarix: 6-10-2023, 15:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma