“Paşinyan iqtidarı yalnız bir prinsipi rəhbər tutur: “Artsax” yoxdur, deməli, problem də yoxdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi strateq Vigen Akopyan bildirib.
“3 həftədir ki, Qarabağ separatçılarının (mətndə uydurma bir ad göstərilib - red.) liderləri Ermənistandadır, lakin indiki baş nazir onları hələ də qəbul etməyib. Görünür, hakimiyyət Azərbaycan, Türkiyə və onların arxasında duran digər güc mərkəzlərinin təpkisini çəkməmək üçün separatçıları hansı statusda qəbul edəcəyini bilmir. Bu görüş şəxsən Nikol Paşinyan üçün problemlər yarada bilər, ona görə də o, açıq-aydın bu görüşdən yayınır”, - deyə Akopyan yerli “Oragir” verilişində deyib.
“Bu, aydın siyasi mövqedir, indiki baş nazirin “Artsax”a və onun institutlarına münasibətinin nümayişidir. Bu münasibət həm də Qarabağ ermənilərinin hansı perspektivlərə malik olması sualına işıq salır”, - deyə Akopyan qeyd edib.
Paylaş: