Xəbər lenti
Dünən, 19:25

İranın dəstəklədiyi İraq şiə təşkilatı Həşdi Şabinin lideri Kays Xəzali İran və Amerika qüvvələrinin qarşılıqlı raket atışlarının "teatr oyunu" olduğunu, yalnız boş ərazilərin hədəf alındığını və hər hansı bir əsgərin vurulmasının qarşısını almaq üçün xüsusi səy göstərildiyini ifşa edib.

Musavat.com-un xəbərinə görə, iddia edilir ki, ABŞ-ın Bağdadda həyata keçirdiyi hava hücumunda iranlı general Qasım Süleymani və Həşdi Şabi nümayəndə heyətinin rəis müavini Əbu Mehdi Mühəndisinin öldürülməsindən sonra Həşdi Şabi liderləri İraqdan qaçıb.

İraq mətbuatında yer alan xəbərlərdə İraqın Milli Təhlükəsizlik müşaviri və Həşdi Şabi Komitəsinin rəhbəri Falih Feyyaz, Əsayib Əhli-Həq təşkilatının lideri Kays Həzali və Ketayib Seyd üş-Şuheda qrupunun lideri Əbu Ala Velayin İrana qaçdığı əks olunub. 

Süleymani və Mühəndisinin öldürülməsindən əvvəl Haşdi Şaabi liderləri Hadi Amiri və Qeys Hazalinin ABŞ tərəfindən qaçırılacağı iddia edilsə də, bu iddia təsdiqini tapmayıb. 




Ana səhifəyə qayıt        Baxış: 4 763          Tarix: 7-12-2023, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma