Xəbər lenti

“Azərbaycanla müharibə yaxındır, bir neçə aya toqquşma başlaya bilər. Bütün hallarda müharibədən qaçmaq imkanı yoxdur”.
Publika.az
 xəbər verir ki, bu barədə erməni politoloq Ayk Martirosyan deyib.
Onun sözlərinə görə, hər şey müharibəyə aparır: “Azərbaycan müharibəyə çox yaxşı hazırlanır. “Aprel müharibəsi” test xarakteri daşıyırdı. Azərbaycan bu testin öhdəsindən uğurla gəldi”.

Erməni politoloq Ermənistanın yuxulu vəziyyətdə olmasından şikayətlənib.
“Təəssüf ki, Ermənistan cəmiyyəti yarıyuxulu vəziyyətdə gəzir. “Aprel müharibəsi” başa çatdı və hər kəs öz şəxsi işinə qayıtdı. Halbuki, böyük müharibə yaxındadır. Müharibənin olmaması variantı artıq aradan qalxıb”, - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 869          Tarix: 1-08-2017, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma