Xəbər lenti
Bu gün, 19:25

Dünyada elə bir ölkə tanımıram ki, NATO oraya sülh naminə girib dəstək nümayiş etdirməyə çalışsın. Amma onu bilirəm ki, Alyansa üzv ölkələri, xüsusən də Fransanı Afrikadan qovurlar.

Axar.az xəbər verir ki, bunu Ermənistanın “Luys” analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan deyib.

“Çünki on illərdir ki, hər şeyin, bütün təbii sərvətlərin olduğu Afrika qitəsində insanlar qul kimi yoxsulluq içində yaşayır. Nəyə görə? Çünki onları qarət edirlər. Bir misal deyim: bir kiloqram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Quldurluğun səviyyəsini təsəvvür edin. Ona görə də onilliklər boyu Qərbə yalvaran o xalqlar talan edildi, məhv edildi, istismar edildi və indi isə millətçi mübarizə aparırlar. Ermənistana və İrəvan hakimiyyətinə gəlincə, bu ölkə kənardan idarə olunan dövlətdir. Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır. Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Bu rol olmasa, o zaman mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə səbəb olacaq. Yəni Qərb yeni müharibəni qızışdırır və Fransa bu rolu öz üzərinə götürüb”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 871          Tarix: 22-01-2024, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma