Ermənistan ordusunun hazırkı vəziyyətini qiymətləndirmək çətindir.
Musavat.com-un məlumatına görə, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerablurda, ordu günü ilə bağlı tədbirdə iştirak edərkən jurnalistlərə deyib.
Ermənistanın məğlubiyyətindən danışan Ohanyan bildirib ki, 44 günlük müharibədən sonra Silahlı Qüvvələri gücləndirmək lazım idi, lakin hər şeyi hakimiyyət ləngimə və nöqsanlarla edib.
44 günlük müharibə zamanı “komendat”ı olduğu Şuşadan dovşan kimi qaçan Seyran Ohanyan utanmazcasına iddia edib ki, 2021-2023-cü illərdə mənzərə fərqli olsaydı, Ermənistan hərbi əməliyyatlarda uğur qazanacaqdı.
Həmçinin qeyd edib ki, Ermənistan ordusu çətin şəraitdə formalaşıb, “lakin o zaman da biz qələbələr qazana bildik və ordunu silahlandırdıq - bu, regionda ən rəqabətli ordu idi. Bu gün vəziyyət başqadır, amma itirən ordu deyil, indiki hakimiyyətin rəhbərlik etdiyi dövlətdir”.
Paylaş: