Xəbər lenti

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.

13:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında Berlində görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 141          Tarix: 28-02-2024, 18:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma