
"Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur".
Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Məndə belə bir məlumat yoxdur", - o bildirib.
Simonyan vurğulayıb ki, Kirants kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.
Spikerin sözlərinə görə, davam edən proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.
Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.
Mənbə: Ermənistan KİV
Paylaş: