Xəbər lenti

Rusiyanın varlığı uğrunda mübarizə apardığı, birləşmiş Qərblə üz-üzə gəldiyi bir vaxtda bizim müttəfiqimiz Ermənistan əməkdaşlığımızla bağlı hər şeyə xəyanət edir. Mən bununla razılaşa bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Beynəlxalq Rusiya-Ermənistan “Lazarev klubu”nun altıncı iclasında çıxışı zamanı deyib.

Konstantin Zatulinin sözlərinə görə, məsuliyyəti Rusiyanın üzərinə yükləmək cəhdi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə bütün əlaqələri kəsmək zərurəti ilə bağlı səsləndirdiyi ideyanın davamıdır. Onun sözlərinə görə, erməni xalqının öz müqəddəratını təyin etmək iradəsinə qarşı zorakılıq edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 058          Tarix: 30-05-2024, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma