Xəbər lenti

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin hələ də baş tutmamasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qrafiki düz gəlmir.

Peskov səfərin ölkələr arasında münasibətlərin pisləşməsi səbəbindən təxirə salınması ilə bağlı fikirləri yanlış adlandırıb.

"Prezidentlərin cədvəllərini uyğunlaşdırmaq mümkün olmadı, lakin yüksək səviyyəli təmaslar yaxın gələcəkdə davam edəcək", - deyə Peskov jurnalistlərə bildirib.

O bu cür təmaslara hazırlığın daim aparıldığını qeyd edib.

Mənbə: Mk.ru




Ana səhifəyə qayıt        Baxış: 2 940          Tarix: 7-06-2024, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma