"Kirantsdan başladı: biz əraziləri təslim etməyə davam edəcəyik, ola bilsin ki, dəhliz çəkilsin, ola bilsin ki, 200-300 min azərbaycanlı gəlib hər gün azalan Ermənistan ərazisində yaşasın".
Bu sözləri Ermənistanın sabiq xarici işlər naziri, hazırda revanşistlərə dəstək verən Vardan Oskanyan deyib.
"Bütün bunların yaxın gələcəkdə reallığa çevrilməsi heç kəsi təəccübləndirməsin", - o bildirib.
Keçmiş nazirİn bu sözləri Ermənistan cəmiyyətində qorxuqarışıq ajiotaja səbəbə olub. Paşinyan tərəfdarları olan sosial şəbəkə istifadəçiləri Vardan Oskanyanı Ermənistan əhalisi arasında xof yaratmaqda günahlandırıblar. Onlar iddia ediblər ki, Oskanyan təxribatçıdır və özünün deyil, İrəvanın düşmənlərinin sözünü deyir.
Revanşistlər isə sabiq nazirə qahmar çıxıblar. Onların fikrincə, İrəvan Bakının bütün tələblərinə qeyd-şərtsiz əməl edir.
"300 min azərbaycanlının geri qayıdıb Ermənistanda ağalıq etməsi qeyri-real deyil. Azərbaycan hər dediyini edir, gec-tez bunu da edəcək", - deyə revanşist təfəkkürlü adamlar sosial şəbəkələrin erməni seqmetində bəyan ediblər./Yenisabah.az
Paylaş: