Xəbər lenti

2024-cü ilin sonuna qədər - ən mənfi ssenari reallaşarsa - İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər, eyni zamanda Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər:

“Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” kimi məlum bəyanatlarına gəlincə, bu, sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir, İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 4 096          Tarix: 13-06-2024, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma