Xəbər lenti

ABŞ Dövlət katibinin müavini Ceyms Obrayendən 5 gün sonra İrəvana səfər edən Blinkenin digər müavini Riçard Vermanın Ermənistanda keçirdiyi görüşlər diqqətlə izlənilir.

Axar.az xəbər verir ki, 10-12 iyunda İrəvanda səfərdə olan Obrayendən 5 gün sonra Vermanın İrəvana daha hansı təkliflərlə gəldiyi regional marağı olan ölkələrin, xüsusilə Rusiyanın diqqət mərkəzindədir.

Verma artıq Ermənistan Prezidenti Vaaqn Xaçatryan və XİN başçısı Ararat Mirzoyanla görüş keçirib.

Xaçatryan bir neçə gün öncə İrəvanda keçirilən və Ceyms Obrayenin də iştirak etdiyi Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində baş tutan görüşü xatırladıb, bildirib ki, tərəflər münasibətləri dərinləşdirməyə hazırdır.

“Bu, ikitərəfli dialoqun statusunu strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq anlaşma memorandumunda öz əksini tapacaq. Sizin səfəriniz mərkəzləşdirilməmiş əməkdaşlığın rolunun artırılması kontekstində vacibdir. Şəxsi təcrübəmə görə, bunun nə demək olduğunu bilirəm. Sizin bu təşəbbüsə diqqətiniz çox vacibdir”, - Xaçaturyan bildirib.

Xarici işlər naziri Mirzoyan isə Verma ilə təkcə strateji dialoqu deyil, həm də regional məsələləri müzakirə edərək, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq səylərini təqdim edib.

Vermanın Mirzoyanla görüşdə “Ermənistanla münasibətlərin qurulması üçün uzun illər çalışdığını” deməsi də diqqətdən yayınmayıb. Belə aydın olur ki, Ermənistanla işləyən əsas şəxs məhz Vermadır.

Onun “sülh, firavanlıq, iqtisadi inkişaf, ticarət və şəxsi təmaslara yönəlmiş gələcək əməkdaşlıq üçün aydın yol xəritəsinin hazırlanmasının vacibliyini” vurğulaması da olduqca maraqlıdır. Blinkenin müavini bəzi münasibətlərin aydınlaşdırılmasını və dəqiqləşməsini istəyr.

Qeyd edək ki, rəsmi məlumatda Vermanın İrəvana yerli idarəetmə sistemində demokratiya məsələlərinə həsr olunmuş forumda iştirak etmək üçün gəldiyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 898          Tarix: 18-06-2024, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma