Xəbər lenti

"Moskva yaxın vaxtlarda Zəngəzurda - Qafan şəhərində Rusiya baş konsulluğunu açmağı planlaşdırır".

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məlumat verib.

"Ermənistanda və Maldiv adalarında baş konsulluq açmaq barədə göstərişlər verilib. İndi İndoneziyanın Bali adasında baş konsulluq açılacaq. Bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati-texniki işdir", - deyə nazir müavini qeyd edib.

Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətləri barədə suala cavab olaraq diplomat onun yaxın vaxtlarda gözlənildiyini bildirib.

"Biz ilin sonunadək açmağı planlaşdırırıq", - deyə nazir müavini əlavə edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 309          Tarix: 20-06-2024, 12:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma