Xəbər lenti

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Koreya Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Məlumata görə, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Rusiya ilə Şimali Koreya arasında "Hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə bağlı etirazını bildirib.

Qeyd edək ki, saziş dünən Rusiya Prezidenti Vladimir Putin ilə Şimali Koreya lideri Kim Çen In arasında imzalanıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 828          Tarix: 21-06-2024, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma