Xəbər lenti

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.

Bu barədə "Report" Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə ölkələr arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 236          Tarix: 29-06-2024, 13:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma