Xəbər lenti

İranda 5 iyulda baş tutacaq prezident seçkilərinin ikinci turu ilə bağlı Ermənistanda qorxu yaranıb.

Axar.az xəbər verir ki, azərbaycanlı namizəd Məsud Pezeşkianın birinci turun lideri olması erməni ekspertləri məyus edib.

İranşünas Vardan Voskanyan bildirib ki, İranda heç bir prezident Tehran-İrəvan münasibətlərini köklü şəkildə dəyişmək səlahiyyətinə malik deyil, çünki dövlətin siyasətini ali dini lider müəyyən edir. Buna baxmayaraq o, Ermənistan üçün Səid Cəlilinin prezident seçilməsinin “daha münasib” olduğunu vurğulayıb.

“İyulun 5-də baş tutacaq ikinci turda islahatçılar qanadından Məsud Pezeşkian və mühafizəkarlar qanadından Səid Cəlili iştirak edəcək. Məsud Pezeşkiyanın yaxın tərəfdarları arasında pantürkist düşüncəli insanlar da var ki, onlar təbii ki, Pezeşkianın prezident olacağı təqdirdə müxtəlif vəzifələr tutmağa çalışacaq, İran-Azərbaycan və İran-türkiyə münasibətlərinin inkişafına çalışacaqlar. Odur ki, Səid Cəlili Ermənistanla İranın yaxınlaşması və “çoxəsrlik dostluq münasibətləri”nin dərinləşməsi baxımından daha münasib namizəddir”, - o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 268          Tarix: 30-06-2024, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma