Xəbər lenti

"İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani ermənilərin Qarabağa qayıtması ilə bağlı ermənilər üçün son dərəcə vacib açıqlamalar verib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sərsəm fikirləri erməni revanşist və iranşünas Vardan Voskanyan səsləndirib.

Revanşist erməni Ermənistanın himayədarı olan İranın siyasətini də ifşa edib: “Səfir Mehdi Sobhani, əslində, İran İslam Respublikasının ruhani lideri Ayətullah Əli Xameneinin 2020-ci ildə 44 günlük müharibənin son mərhələsində verdiyi mühüm bəyanatı rəhbər tutub.

Son dərəcə vacibdir ki, indi Qarabağ ermənilərini qaytarmaq və orada onların təhlükəsizliyini təmin etmək məsələsini gündəmə gətirən İrandır.

Ermənilərin Qarabağa qayıtması məsələsində bizim İran kimi güclü arxamız var. Bu da həmin məsələnin fəal şəkildə təbliği üçün əlavə imkan yaradır”, - deyə Voskanyan bildirib.

Hazırda Qarabağ erməniləri öz taleləri ilə barışıblar. Lakin görünən budur ki, yalnız İran onların uğrunda "mübarizə" aparmaqdadır. Ümid edirik ki, Azərbaycan türkü Məsud Pezeşkian bu ermənipərəst, anti-Azərbaycan siyasəti dəyişdirəcək. Lakin hər şeydən öncə özünü Qarabağ ermənilərinin lideri kimi aparan Mehdi Sübhani dəyişməli, Ermənistandan geri çağırılmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 966          Tarix: 15-07-2024, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma