Xəbər lenti

Vaşinqtonun anlayışına görə, Bakı üçün ağrılı güzəşt Ermənistanla sülh müqaviləsinin imzalanması və Azərbaycan tərəfinin yenidən hücum etməyəcəyinə dair vəddir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın revanşist “Ayakve” təşəbbüsünün üzvü, politoloq Armen Manvelyan deyib.

Erməni ekspert hesab edir ki, amerikalılar Ermənistandan güzəşt kimi Bakı və Ankaranın bütün tələblərini yerinə yetirməsini tələb edirlər.

“Söhbət yeni Konstitusiyanın qəbulundan, anklavlardan, bu anklavlara aparan yolların təslim edilməsindən, azərbaycanlıların “geri qayıtmaq” hüququnun Konstitusiyada təsbit olunmasından, həmin azərbaycanlıların təhlükəsizliyini təmin edəcək üçüncü dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun təmin edilməsindən və nəhayət, təslim "Zəngəzur dəhlizi" adlanan yerin verilməsindən gedir . Eyni zamanda, Azərbaycan Ermənistanın bu yola nəzarət etməsinin qəti əleyhinədir, Paşinyan iqtidarının isə bununla razılaşdığı görünür. Erməni politoloqa görə, bu, mahiyyətcə ölkənin suverenliyinin məhdudlaşdırılmasıdır.

Manvelyanın fikrincə, bununla yanaşı, ictimaiyyətə açıqlanmayan bir tələb də var, o, Rusiya hərbi bazasının çıxarılmasıdır. Qərb nümayəndələri hesab edirlər ki, Ermənistan öz təhlükəsizliyini bu halda ölkəni açıq şəkildə gözləyən Rusiya tərəfi ilə deyil, Türkiyə və Azərbaycanla bağlamalıdır. “Bir sözlə Ermənistanın bir dövlət kimi ləğvi prosesi başlayıb”, - deyə Manvelyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 946          Tarix: 18-07-2024, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma