ABŞ dövlət katibinin müavininin Ermənistan Müdafiə Nazirliyinə nümayəndə göndərmək niyyəti ilə bağlı açıqlamasına hökumət tərəfindən heç bir aydınlıq gətirilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan öz səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-ın yüksək rütbəli məmurunun ziyarəti tərəflərin bu məsələdə siyasi qərar verməsi anlamına gəlir.
“Xatırladaq ki, bir müddət əvvəl Fransanın müdafiə departamentinin rəhbəri Ermənistandakı hərbi attaşe vasitəsilə xüsusi proqramlar hazırladıqlarını bəyan etmişdi.
Təbii ki, hərbi attaşenin fəal iştirakı ilə hərbi əməkdaşlığı genişləndirmək başqa, Müdafiə nazirliyində amerikalı nümayəndənin oturması tamam başqa məsələdir. Bu, artıq strateji tərəfdaşlıq deməkdir.
Rəsmi İrəvan mötərizəni tam açmağa tələsmir, amma görünən odur ki, həm ideoloji, həm siyasi, həm də konseptual olaraq Silahlı Qüvvələrdə köklü dəyişikliklərə cəhd edilir. Lakin bu addım düzgün, keyfiyyətli və savadlı hərbi-siyasi qərarlar tələb edir ki, bu da indiki hərbi-siyasi rəhbərlik şəraitində mümkün deyil”,-deyə erməni deputat yazıb.
Paylaş: