Xəbər lenti

ABŞ Ermənistanın Rusiyadan uzaqlaşmasına şərait yaradır.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə açıq şəkildə bildirib.

Senator Ben Kardin O'Brayenə müraciət edərək qeyd edib ki, bu yaxınlarda Ermənistanda olub. Onun sözlərinə görə, "Ermənistan Rusiyadan cavab tədbirləri görməyə risk edərək ABŞ-a yaxınlaşmağa" çalışır, lakin Qərbdən heç bir dəstək görmür.

O`Brayen buna cavab olaraq bildirib ki, Ermənistanın məsələlərinə böyük diqqət yetirilir və ABŞ ona daha qətiyyətli addımlar atmağa kömək edir.

"Bu həftə Rusiya sərhədçilərinin əhəmiyyətli bir hissəsi Zvartnots hava limanını tərk etməlidir ki, bu da sanksiyalardan yan keçərək malların qaçaqmalçılığının qarşısını almağa kömək edəcək", - deyə O'Brayen vurğulayıb.

Dövlət katibinin köməkçisi əlavə edib ki, ABŞ, həmçinin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq səylərini dəstəkləyir.




Ana səhifəyə qayıt        Baxış: 3 333          Tarix: 31-07-2024, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma