Xəbər lenti

“Ermənistan” adlı qədim Türk yurdunda müharibə tərəfdarlarının bölgədə böyük sülhə hikkəli dirənişi davam edir. Hərçənd üzdə hiyləgərcəsinə onlar da sülhdən dəm vurur. Amma bu zaman Azərbaycana 4.4 min (keçmiş DQMV), Türkiyəyə isə 190 min kv km-lik ərazi iddialarının (“qərbi ermənistan”) yer aldığı indiki Ermənistan konstitusiyasını toxunulmaz (!) sayırlar.

“Bakının bütün tələblərinin yerinə yetirilməsi təkcə Qarabağ məsələsinə son qoymayacaq, həm də erməni dövlətçiliyinin parçalanması demək olacaq”.

Sitat özünü ekspert hesab edən Artur Martirosyan ad-soyadlı revanşistə məxsusdur. Onun iddiasına görə, “sözdə və əməldə sülh naminə Bakıya güzəştə etməyə hazır olduğunu” bildirməklə Nikol Paşinyan ölkə daxilində ermənilərlə “Azərbaycan dilində danışır”.

Ardı da var. “Paşinyan deyir ki, əgər təslim olmasaq, mütləq müharibə olacaq. Təslim olsaq, müharibə ehtimalı azalacaq, amma bunun baş verməyəcəyinə zəmanət yoxdur”, - Martirosyan bildirib...

Əvvəla, Ermənistan qalib yox, məğlub tərəfdir. Nikol Paşinyanın imzası duran 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədi də hələ ki, ləğv edilməyib. Təslimçi tərəf isə qaliblə şərt dilində danışa bilməz, illah da qalib bütün parametrlər üzrə haqlıdırsa. Müxtəsəri, gedin qarnınızı qaşıyın.

İkincisi, Bakının sülh müqaviləsi üçün haqlı tələbləri, o sırada 5 təməl prinsipə əsaslanan sülh sazişi təklifi, hamısı beynəlxalq hüquq normaları, ATƏT prinsipləri, BMT Nizamnaməsi çərçivəsində. Onları İrəvan niyə yerinə yetirməməlidir ki? Azərbaycan Ermənistandan torpaqmı tələb edir ki, haqsız sayılsın? Xeyr. Bakı sadəcə, dünya birliyinin tanıdığı sərhədlər çərçivəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını təklif edir. Düşmənçilik səhifəsinin həmişəlik qapadılmasını istəyir.

Üçüncüsü, əgər sülh sənədi, yaxud “Bakının bütün tələblərinin yerinə yetirilməsi” Qarabağ məsələsinə son qoyacaqsa, bunu nəyi pisdir? Martirosyan buna görə niyə təlaşlanır görəsən?

Sual əlbəttə ki, ritorikdir...

Aylardır küçələrdə sülənən və özünə babat tərəfdar toplaya bilməyən qondarma keşiş Baqrat Qalstanyan isə bu gün Paşinyanı və onun hökumətini “şeytan” adlandırıb. Ərz edib ki, “bu şeytanı tezliklə uzaqlaşdırmalıyıq ki, özümüzə yol aça bilək”.

Hansı yolu? Zavallı erməni ona yalnız müsibətlər gətirmiş eyni yolu neçə dəfə getməlidir? Gərək ki, bu, keşiş şarlatana da yaxşı məlum olsun. Əsl şeytan elə onun özü deyilmi?

İnanmaq istərdik ki, “Qafqaz qaraçıları” heç olmasa, bu dəfə tarixi seçimdə yanılmayacaq, Baqrat çaplı avantüristlərin dalınca getməycəklər. Necə ki, 2021-ci il seçkilərində Paşinyanın partiyasını təzədən qalib eləmilşdilər...

Doğru, Nikol mələk deyil. Amma insafən, ermənilər üçün o, şeytan da deyil. Çünki hər necə olmasa, öz soydaşları üçün müsbət nəsə etməyə çalışır.

Artıq o, ilk erməni rəhbəri kimi Qarabağın Azərbaycana məxsusluğunu bəyan edib. Neçə vaxtdır Ermənistanın rəsmi ərazisinin 29.7 min kv km olduğunu öz xalqına “başa salmağa” çalışır. 4 kəndimizi dinc yolla qaytarıb, SSRİ dağılandan sonra yenə ilk dəfə, məhz onun iqtidarı dövründə sərhədlərin delimitasiya və demarkasiyası başlayıb. Onlarla sərhəd dirəyi basdırılıb...

Bəli, qonşularla sülh anlaşması üçün onun görəcəyi xeyli iş var – konstitusiyadan qonşulara qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasından və Minsk Qrupunun rəsmən ləğvinə razılıqdan tutmuş, Xocalı və digər bəşəri cinayətlərə, işğala görə Azərbaycan xalqından üzr diləməyədək.

Ancaq Paşinyanın ən çətin, ən qəliz işi erməni ictimai şüurunu “miatsum” virusundan təmizləyib normal hala gətirməkdir. Aydındır ki, revanşist-radikallar, terroru təbliğ edən erməni kilsəsi və onun Baqrat kimi tulaları öz xalqının “saqqızını” oğurlamaq istədikcə buna nail olmaq çox müşkül olacaq.

Yox, Nikol Türkə nifrəti körükləyən revanşist tör-töküntüləri, keşiş-şeytanları susdura bilsə, o zaman erməni xalqı üçün gerçəkdən yeni qapı, yeni yol açılmış olacaq – qonşularla barışıq və rifah yolu. Yetər ki, öncə onun özü “erməni xəstəliyi”ndən tam sağalsın. Xəstə xəstəni müalicə edə bilməz axı.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 491          Tarix: 6-08-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma