Xəbər lenti

ABŞ-ın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək. Tarix boyu biz qardaş erməni xalqı ilə dəfələrlə çiyin-çiyinə vermişik və bunu gələcəkdə də etmək niyyətindəyik.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova “RİA Novosti”yə açıqlamasında deyib.

“Obrayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir - dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir. Bunun baş verənlərlə heç bir əlaqəsi yoxdur”, - Zaxarova bildirib.

Qeyd edək ki, Ermənistan KTMT təlimlərindən imtina edərək, ABŞ-la birgə hərbi təlimlər keçirib. Eyni zamanda, ABŞ-ın hərbi təyyarələri artıq Zvartnotsa enib. Onun daşıdığı texnikaların Zəngəzura yerləşdirildiyi barədə məlumatlar var.

Eyni zamanda, ABŞ Ermənistan MN-ə müşavir də təyin edib.




Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 8-08-2024, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma