Ermənistanın baş naziri Nikol Paşinyanın evdarlıq etməsinə dair görüntüləri yayılıb. Bu görüntülərdə diqqətçəkən bir məqam var: Hazırda Ermənistanda əhalinin böyük əksəriyyəti aclıq, səfalət içindədir. Ölkənin baş nazirinin evində isə bir neçə yemək çeşidi hazırlanır. Ac xalqın, tox rəhbəri…
Aydın görünür ki, həmin video-çarx Paşinyanın PR-ı üçün düşünülüb. Amma bu görüntülər onun əleyhinə də çevrilə bilər.
Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz məsələyə yumoristik yanaşıb.
O, Paşinyanın İrəvanla Fransanı səhv saldığını deyib:
“Açığı, Paşinyanın bu video-çarxını görəndə ağlıma bir “aforizm” gəldi. Paşiyandan soruşurlar:
“-Bu nümunəvi evdarlığı kimdən öyrəndin, – cavab verir:
-Fransız bacım Makrondan”.
Bu, əlbəttə, sualınızın yumoristik cavabıdır. Həqiqət isə budur ki, Paşinyan məzuniyyətə çıxıb Fransaya gedəndən onun üzərində ciddi PR kampaniyası aparılır. Gah velosipedə mindirib tur atdırırlar, gah da həyat yoldaşı ilə evdarlıq işlərini görməsinin videosunu yayımlayırar. Bununla da guya Paşinyanın sadə vətəndaşdan fərqlənməyən həyat tərzi sürdüyü barədə qənaət formalaşdırırlar. Amma sizin də dediyiniz kimi, unudurlar ki, Ermənistan Fransa deyil. Orda kasıb insanların süfrəsi də bol olmur. Baş nazirin badımcan-pomidor-bibər dolması (maraqlıdır ki, bizim bölgələrdə ona “3 bacı dolması” da deyirlər) yediyi bir məmləkətdə sadə camaat bəlkə də, çörək almağa pul tapa bilmir. Bu baxımdan Paşinyanın evdarlıq PR-ı bəzi müxalif qüvvələrin əlində əks-təbliğat materialına çevrilə bilər”.
Heydər Oğuz ermənilərin mentalitetinin türklərlə eyni olduğunu qeyd edib:
“Bəyənib-bəyənmədiyimizdən asılı olmayaraq, Ermənistan da bir şərq ölkəsidir və ermənilərin milli təfəkkürü xüsusilə də türk mentalitetinə uyğun şəkildə formalaşıb. Adət-ənənələrini, hətta mətbəx mədəniyyətlərindən tutmuş musiqilərinə qədər bir çox dəyərlərini bizdən götürüblər. Əksər hadisələrə bizim kimi baxırlar. Şərq toplumları isə rəhbərin sadəliyini yüksək qiymətləndirsələr də, kişi cinsinin nümayəndələrinə evdarlığı yaraşdırmırlar. Görünür, Paşinyanın PR-nı təşkil edən fransızlar bu məsələdə də bəzi nüansları nəzərə almayıblar”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: