Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə danışıb.
Musavat.com xəbər verir ki, bu barədə Cozef Borrell "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Borrell, Kuleba ilə söhbət zamanı Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu kontekstində Ukraynaya "tam dəstək" olduğunu açıqlayıb.
“Biz Dmitri Kuleba ilə cəbhə xəttindəki son hadisələri və Kursk bölgəsindəki əks-hücum əməliyyatını müzakirə etdik. Mən Aİ-nin tam dəstəyini bir daha bəyan etdim", deyə, Borell açıqlayıb.
Borell Ermənistanı və Azərbaycan daxilindəki erməni seperatizmini tam dəstəkləyən Aİ yetkilisidir. Ukraynaya gəldikdə seperatizmə qarşı tövr alan Borell Azərbaycan nümunəsində bu illəti tam və açıq dəstəkləyir.
Paylaş: