Xəbər lenti

“Azərbaycan-Ermənistan sərhədində eskalasiya ehtimalı yüksəkdir, lakin bu, genişmiqyaslı olmayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli hərbi ekspert David Camalyan deyib.

“Qərb Azərbaycanın Ermənistana qarşı hərəkətə keçməsi üçün yaşıl işıq yandırıb. Lakin Bakı açıq şəkildə Rusiyaya qarşı çıxmaq istəmir və Qərbin ssenarisi ilə Rusiya Federasiyasına qarşı ikinci cəbhəsini açmayacaq. Bununla bərabər, Azərbaycan Rusiya Federasiyasının Ermənistanda zəifləyən mövqelərindən istifadə edərək maksimum irəliləyiş əldə etməyə çalışacaq. Yüksəkliklər götürmək və ya bir neçə kilometr dərinliyə Ermənistan ərazisinə keçmək Rusiyanın kəskin müdaxiləsinə səbəb olmayacaq. Üstəlik, Nikol Paşinyan indiki məqamda kömək üçün ruslara belə müraciət etməyəcək”, - deyə Camalyan belə bir proqnoz verib.

Erməni ekspertin fikrincə, Rusiya vəziyyəti gərginləşdirməkdə, Ermənistanın ərazilərini azaltmaqda, xüsusən Süniki itirməsində maraqlı deyil.

Camalyan burada Ermənistanın İrana ümid bəsləməli olduğunu bildirib.

Erməni ekspertə görə, “Zəngəzur dəhlizi” danışıqların gündəmindən çıxarılmayıb, bunun əksini iddia edənlər yalan danışırlar




Ana səhifəyə qayıt        Baxış: 2 521          Tarix: 23-08-2024, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma