Xəbər lenti

"Ermənistanın hazırkı xarici siyasəti bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurur".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "RIA Novosti" agentliyinə müsahibəsində deyib.

O, Ermənistanın hazırkı xarici siyasətini tənqid edib. Mixail Yevdokimovun sözlərinə görə, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır.

"Əminik ki, Cənubi Qafqazda istənilən problemlər kənar müdaxilə olmadan region dövlətlərinin özləri tərəfindən həll edilməlidir", - deyə diplomat vurğulayıb.

Yevdokimov əlavə edib ki, "3+3" Məşvərətçi Regional Platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) bu məsələdə daha faydalıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 820          Tarix: 30-08-2024, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma