Xəbər lenti

“Ankarada siyasi iradə olarsa, İrəvanla münasibətlər sabah öz həllini tapacaq”.

Musavat.com bildirir ki, belə bir iddia ilə Ermənistanın Türkiyəylə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan “İrəvan” dialoqu beynəlxalq forumu zamanı çıxış edib.

“1991-ci ildən bəri Ermənistan hökumətləri üçün tarix Türkiyə ilə münasibətlərin normallaşdırılması strategiyasının bir parçası olmayıb. Türkiyəli qonşularımızın siyasi iradəsi olarsa, biz sabah münasibətləri həll edə bilərik”, - Rubinyan bildirib.

Onun sözlərinə görə, söhbət rabitədən gedirsə, sirr deyil ki, Cənubi Qafqaz öz qapalı sərhədləri ilə məşhurdur:

“Bu, təkcə Ermənistana deyil, Azərbaycan, Gürcüstan və Türkiyəyə də aiddir”.

Ruben Rubinyan qeyd edib ki, Cənubi Qafqazı geosiyasi dalandan dünyanın qovşağına çevirmək üçün tarixi şans var.

“Rabitə geosiyasi rəqabətin girovuna çevrilməməlidir”, - Rubinyan əlavə edib.

Erməni mediasının məlumatına görə, İrəvanda siyasətçiləri, alimləri, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrini müasir dövrün ən mühüm problemlərini - iqlim dəyişikliyi və münaqişələrdən tutmuş texnologiyaya, səhiyyəyə qədər bir sıra məsələləri müzakirə etmək və həll etmək yollarını tapmaq üçün bir araya gətirən yeni platforma olan “İrəvan dialoqu” işə başlayıb. Burada müxtəlif ölkələrin yüksək rütbəli rəhbərləri iştirak edir. Amma bir sıra qonşu ölkələrdən, o cümlədən Rusiyadan toplantıya qatılan yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 2 717          Tarix: 10-09-2024, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma