Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunmasını istəyir.
Axar.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Məhz bu səbəbdən Rusiya prezidentinin Ankaraya səfəri gecikir.
Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.
Mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə sistemlərini söndürmək və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər mümkün səfəri çətinləşdirir.
Paylaş: