ABŞ Dövlət katibi Antoni Blinken və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən görüşdə ABŞ silahlarının Rusiyanın dərinliklərinə zərbələr üçün istifadəsi məsələsi ilə bağlı heç bir qərar qəbul etməyiblər.
Oxu.Az bildirir ki, bu barədə ABC telekanalı Ukrayna prezidentinin müşavirinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, uzun sürən görüş zamanı Zelenski Blinkenə Kiyevin Rusiya ərazisinə zərbələr üçün Qərb silahlarından necə istifadə edə biləcəyinə dair ətraflı plan və mümkün hədəflərin siyahısını təqdim edib. Lakin rəsmi şəxs vurğulayıb ki, bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.
Daha əvvəl Blinken Kiyevdə Böyük Britaniya və Ukrayna XİN başçıları Devid Lemmi və Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirmişdi ki, ABŞ və Kiyev hakimiyyəti Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinin müzakirəsi səbəbindən Ukraynada vəziyyətin mümkün eskalasiyası amilini nəzərə alır.
Paylaş: