Xəbər lenti

“Britaniya xarici işlər naziri Devid Lemminin Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər tamamilə doğrudur. Bu, yalnız xarici işlər nazirinin deyil, beynəlxalq ictimaiyyətin də mövqeyidir”.

 AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “GB News” kanalına açıqlamasında deyib:

“BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi var. İşğaldan azad olunan torpaqların Azərbaycan ərazisi olmasını Ermənistanın baş naziri də təsdiqləyib. Devid Lemmi tamamilə haqlıdır. Torpaqlarımız işğaldan azad edilib, insanlar indi öz doğma yurdlarına geri qayıdırlar,” - deyə səfir vurğulayıb.

Elin Süleymanov, Mühafizəkar hökumət dövründə parlamentin İcmalar Palatasında xarici əlaqələr komitəsinin sədri olmuş, hazırda isə kölgə Avropa naziri Alicia Körnsün David Lemminin mövqeyini tənqid etməsinə də münasibət bildirib. Səfir qeyd edib ki, Alicia Körns erməni lobbi qruplarının təzyiqinə məruz qalır:

“Alicia Körns Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyir. Bəs Azərbaycan nə ilə fərqlənir? Azərbaycanın Birləşmiş Krallığın tanıdığı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməsi niyə mübahisə doğurur?” - deyə Elin Süleymanov qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı müsbət fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London




Ana səhifəyə qayıt        Baxış: 3 522          Tarix: 20-09-2024, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma