Xəbər lenti

Beynəlxalq münasibətlər əsaslı dəyişikliklər dövrünə qədəm qoyub. İndi dünyada planetin müxtəlifliyini əks etdirən yeni nizam formalaşır və bu prosesləri dayandırmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda “Dövrlər və sivilizasiyalar arasındakı əlaqə - Sülhün və inkişafın əsası” adlı forumda çıxışında deyib.

“Bütün bunlar bu gün də ağıllı insanlar üçün yaxın və başa düşüləndir, xüsusilə dünyanın sivilizasiyanın qırılma xətlərinin yaratdığı misli görünməmiş təhlükələrlə, millətlərarası və konfessiyalararası münaqişələrlə üzləşdiyi, beynəlxalq münasibətlər zəmanəsinə qədəm qoyduğu indiki çətin şəraitdə aktualdır”, - Putin bildirib.

Putinin sözlərinə görə, indi ilk növbədə qlobal Şərq və Cənubda yeni güclü iqtisadi artım, maliyyə və siyasi təsir mərkəzləri yaranıb:

“Bu yeni mərkəzlər suverenliyi və sosial-mədəni özünəməxsusluğu qorumağa və möhkəmləndirməyə çalışır, öz ənənələrinə uyğun və milli maraqlara əsaslanan ahəngdar inkişaf yollarını axtarır”.




Ana səhifəyə qayıt        Baxış: 2 947          Tarix: 11-10-2024, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma