Xəbər lenti

Ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan “Armenpress” və “Şant” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir:

“Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər (çox güman ki, Azərbaycan vətəndaşları olmalarını nəzərdə tutur-red.) təqdim olunacaq”.

Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər “irəliləməyə” mane olmamalıdır.

Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə “uğur qazanacağına” əminliyini ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 352          Tarix: 13-10-2024, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma