“Forum-2000” tədbirində iştirak üçün Polşada olan ReAL sədri Natiq Cəfərli diqqətçəkən açıqlama yayıb.
Axar.az xəbər verir ki, partiya sədri Bakıda istintaqı davam etdirilən Qarabağ separatçı-terrorçularının “siyasi məhbus” hesab edilməsinin yolverilməzliyi ilə bağlı avropalılarla müzakirə apardığını vurğulayıb.
“Tədbirdə bir neçə avropalı ilə bu mövzuda danışdım - özü də Ukrayna timsalında izah etdim (Ukrayna deyəndə, anlamağa başlayırlar). Dedim ki, Ukrayna separatçı bölgələrdə “hakimiyyətdə” təmsil olunanlara haqlı olaraq “kollabarant” deyir, onları legitim hədəf sayır, istənilən üsulla məhv edir, həbs edir - onlara nəsə deyirsinizmi?! Yox, demirsiz, çünki Ukrayna haqlıdır, separatçıların, qan tökənlərin həbsi də, məhv edilməsi də legitim addımdlr. Azərbaycan eyni addım atır-atıb, separatçıları həbs edib, indi bu məsələdə biz haqlıyıq, ya yox?! Hələ biz humanistik, ancaq həbs etmişik, Ukrayna daha sərt davranır. Bir xeyli söhbətdən sonra onların fikrini dəyişə bildik - deməli, danışmaq, izah etmək lazımdır”, - o bildirib.
N.Cəfərli bu məsələdi bütün partiyaların, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin birgə addımlar atmasını, bu mövzuda Avropa təşkilatlarına müraciətlər olunmasını, separatçı-terrorçularla azərbaycanlı məhbusların bir tutulmasının yolverilməzliyinin izah edilməsinin vacibliyini də vurğulayıb.
Paylaş: