Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın 13 dekabr tarixində Moskvaya səfəri çərçivəsində görüşü planlaşdırılmır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Paşinyanı 25-26 dekabrda Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində gözləyirlər.

"Prezident Paşinyanı dəvət edib və digər həmkarları ilə birlikdə onu Sankt-Peterburqda qeyri-rəsmi xarakter daşıyan ənənəvi görüşdə gözləyir, eyni zamanda, orada MDB və Aİİ olacaq. Gündəlikdə duran məsələlər çoxdur", - deyə Peskov bildirib.

Daha əvvəl Nikol Paşinyanın işgüzar səfərlə Rusiyaya gəldiyi məlum olub. Bu gün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 3 497          Tarix: 13-12-2024, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma