Xəbər lenti

Azərbaycan Ermənistandan Qarabağdakı döyüşlərdə iştirak etmiş keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın təhvil verilməsini istəyir. Lakin hazırda bu ikisinin komandaları arasında mübahisə yaşanır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının üzvü Eduard Şarmazanov deyib.

O, Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə belə bir şeyin mümkün ola biləcəyini vurğulayıb:

“Hələ 2021-ci ildə Paşinyan hökumətinin fəaliyyətini davam etdirəcəyi təqdirdə Bakının keçmiş prezidentlərin təslim olmasını tələb edəcəyini demişdim. Mövcud hökumətin dövründə bu, çox real görünür”.




Ana səhifəyə qayıt        Baxış: 2 787          Tarix: 8-03-2025, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma