Xəbər lenti

Sülhəddin Əkbər: “Onun müstəqil xarici və hərbi siyasət aparmasından söhbət belə gedə bilməz”
Türkiyə mətbuatında Ermənistanın rəsmi Ankaranın Azərbaycana hərbi dəstək göstərməsində maraqlı olduğu, İrəvanın bundan yaxın gələcəkdə Türkiyəyə qarşı iri güclərin açacağı cəbhəyə qatılmaq üçün bəhanə kimi istifadə etmək istədiyi ilə bağlı informasiyalar yayılmaqdadır. Maraqlıdır, Ermənistanın hansısa məqamda təkbaşına, yaxud digər dövlətlərlə birlikdə Türkiyəyə qarşı cəbhə açması mümkündürmü?
Moderator.az -a açıqlama verən AZDP sədri politoloq Sülhəddin Əkbər Ermənistanın müstəqil xarici siyasət yürütdmədiyini, sadəcə Rusiyanın göstərişlərini həyata keçirdiyini vurğuladı:
“Təbii ki, bunların hamısı nəzəri məsələlərdir. Ermənistan adında müstəqil dövlət yoxdur. Söhbət hansısa strategiyadan, xüsusilə də hərbi strategiyadan gedirsə, burada ancaq Rusiya nəzərdə tutula bilər. Ermənistanın Rusiya tərəfindən yaradılan süni dövlət olduğunu, Cənubi Qafqazda Rusiyanın for-postu olduğunu, KTMT-nin üzvü,  Rusiyanın hərbi müttəfiqi olduğunu, nəhayət hər iki dövlətin SQ-nin birləşmiş qruplaşmasının yarandığını nəzərə alsaq, bu, o deməkdir ki, Ermənistan tamamilə Ruisyanın strateji nəzarəti altındadır. Ayrıca Ermənistan dövlətindən, onun müstəqil siyasətindən, xüsusilə də xarici və hərbi siyasətindən söhbət gedə bilməz”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 120          Tarix: 12-08-2017, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma