Xəbər verdiyimiz kimi, Ermənistan sovet dönəmindəki dövlət himninin bərpasına çalışır. Maraqlıdır, Ermənistanın atacağı bu addım digər post-sovet ölkələrində də arzuedilməz proseslərə yol aça bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa baş verənlərdən narahatlıq duymağa əsas görmədiyini vurğuladı:
“Ermənistanda baş verənlərin digər post-sovet ölkələrində hansısa arzuedilməz proselərə yol açacağını güman eləmirm. Ermənistan müstəqil dövlət olmadığı üçün onun himni də, gerbi də, adı da dəyişə bilər. Ermənistan dövlətinə rus adı da qoyula bilər. Ermənistanla bağlı istənilən dəyişiklik mümkündür. Çünki Ermənistan müstəqil dövlət deyil. Ermənistan Rusiya tərəfindən idarə olunan, Ruyanın iqtisadi dəstəyi ilə yaşayan bir ölkədir. Bu baxımdan orada istənilən belə təşəbbüsün gerçəkləşməsi mümkündür. Ancaq digər ölkələrdə bunun tətbiqi problemli məsələdir. Bununla bağlı Ukraynaya, Gürcüstana, Azərbaycana kim nə deyə bilər ki? Bu ölkələrdə milli məfkurə, milli düşüncə o qədər sıradan çıxmayıb ki, SSRİ-nin atributlarının bərpası mümkün olsun. Bu ölkələri Ermənistanla müqayisə eləmək olmaz”.
Paylaş: