Xəbər lenti

“Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir”.

Bunu millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışı zamanı deyib. O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır: “Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.
V. Əhmədov eyni zamanda, Beynəlxalq Bankın ətrafında son günlər yaranmış duruma toxunub. O, qeyd edib ki, bu bankdakı vəziyyət Azərbaycanın maliyyə bazarlarına təsir etmək gücündədir: “Hesab edirəm ki, dövlət televiziyasında aidiyyatı qurumların rəhbərləri yaranmış vəziyyətlə bağlı açıqlama verməli və vəziyyəti olduğu kimi izah etməlidirlər. Çünki bu, ciddi müzakirə obyektidir”. //Moderator.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 16-05-2017, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma