Xəbər lenti

"Sloveniyalı həmkarıma ərazilərimiz işğaldan azad ediləndən sonra aparılan bərpa və quruculuq işləri, regionda yaranan yeni reallıq, mart ayında sülh sazişi mətninin yekunlaşması və Ermənistandan adekvat reaksiya ilə bağlı müzakirə apardıq".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun üçün Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi lazımdır:

"Həmçinin, həmkarımla Azərbaycanın Naxçıvanla qərb rayonları arasında maneəsiz keçidlə bağlı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi də müzakirə edildi. İşğaldan azad edilən ərazilərdə "Böyük Qayıdış"la əlaqədar mina təhlükəsi ilə bağlı da fikir mübadiləsi apardıq. Həmçinin minatəmizləmə sahəsi ilə bağlı da iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik".




Ana səhifəyə qayıt        Baxış: 2 590          Tarix: 17-04-2025, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma