Xəbər lenti

Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir.

Publika.az xəbər verir ki, bu haqda “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov deyib.

Onun sözlərinə görə, bu sistemlər ilk dəfə “Ordu-2017” sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş “Buk-M3” zenit-raket kompleksi də nümayiş olunacaq.

S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.

Andrey Frolovun fikrincə, ən yeni zenit-raket sistemlərinin mümkün sifarişçilərin siyahısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, həmçinin Fars körfəzinin bəzi ölkələri - Küveyt, Səudiyyə Ərəbistanı və Qətər raket sistemlərinə maraq göstərə bilər.




Ana səhifəyə qayıt        Baxış: 907          Tarix: 21-08-2017, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma