Xəbər lenti
 
İran şirkətləri Qarabağ separatçılarına yardım göstərməyə davam edir.
Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, bu məlumatı Ermənistandakı “İran Mellat Bankı”ının hüquq sektorunun keçmiş rəhbəri etiraf edib.
Bildirilir ki, son günlər sosial şəbəkələrin Ermənistanla bağlı səhifələrində “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Ovanisyanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar narazılıqlar gündəmə gəlib.
Hraçya Talışi Ovanisyanın erməni xalqından dəstək istəməsi əvvəllər adi sosial problem kimi görünsə də, sonradan Ermənistan əhalisinin onun müdafiəsinə qalxması ilə nəticələnib.
H.Ovanisyan erməni xalqına müraciətində 2016-cı ilin sonunda heç bir əsas olmadan, guya fəaliyyətində nöqsanlara (maliyyə fırıldağı) yol verməsi səbəbi ilə işdən azad olunduğunu, cinayət məsuliyyətinə cəlb edildiyini və bankın onun vətənpərvərliyindən sui-istifadə etdiyini qeyd edib.
O bildirib ki, bank öz işini gizlətmək naminə bütün qanunsuz əməllərə əl atır:
“Bütün dünyada fəaliyyət göstərən erməni təşkilatları, ürəyi ermənilər üçün döyünən şəxslərin etdiyi kimi, “İran Mellat Bankı”nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. Lakin bank adının hər hansı rəsmi sənədlərdə hallanmaması üçün bank köçürməsi həyata keçirmir. Bank tərəfindən təşkil olunan bu tip yardımlar fərdi kuryer vasitəsilə reallaşdırılır. Növbəti dəfə bank rəhbərliyi tərəfindən kuryer olaraq mən seçildim. Kuryer olaraq “Dağlıq Qarabağ Respublikası”na aparılan yardımı “ünvanına” çatdırıb, geri dönməli idim, ancaq Gorisdə olarkən könüllülərlə birlikdə Dağlıq Qarabağ ərazisində qalıb 4-7 aprel tarixlərində Qarabağın cənub-şərqində Azərbaycana qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdim. 7 apreldə hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Ermənistana qayıda bilmədim. Sonradan Ermənistana qayıtdığım zaman iş yerimdə Qarabağda olduğum dövr ərzində məsuliyyətsizlik edərək işə qayıtmamağım və bankın imicinə zərər yetirməyimlə bağlı əsassız bəhanələrlə mənə xəbərdarlıq olundu Elə bu əsassız xəbərdarlıqlara görə məni hüquq şöbəsinin rəisi vəzifəsindən azad edib, bankın şəxsi işlər şöbəsində ehtiyat-arxivçi təyin etdilər. Bankın bu təklifini qəbul etmədiyimdən mənə qarşı təzyiqlər başlandı. Bank rəhbərliyi ilə görüşlərdə dəfələrlə Qarabağda olduğum zaman vətən uğrunda hərbi əməliyyatlara qatılmağımı diqqət önünə çəksəm də, rəhbərlik bunları nəzərə almadı və bu zaman bütün baş verənlərin əsil səbəbi məlum oldu. Nəticədə işdən azad olundum”.
H.Ovanisyanın sözlərinə görə, bank onun işdən azad olunmasını fəaliyyətində olan nöqsanlarla əlaqələndirsə də, əsas səbəb “bank sirrinin yayılması” ilə bağlıdır:
“2016-ci ilin aprel hadisələri zamanı mən “İran Mellat Bankı”ının tapşırığı ilə “Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorisə, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım. Nəticədə Ermənistana qayıdarkən “İran Mellat Bankı”nın İrəvan şöbəsinin rəhbəri Seyid Qulamreza Musavini tərəfindən “bank sirinin yayılmasında” günahlandırılaraq tutduğum vəzifədən azad edilərək, məhkəməyə verilmişəm”.
Ovanisyan müraciətində bankda işlədiyi zaman Dağlıq Qarabağa yardım edən bir sıra İran şirkətlərinin siyahısını yayımlayıb, ancaq həmin şirkətdə işləyən ermənilərin problemlərlə üzləşmədiyini də vurğulayıb:
“Ermənistandan Dağlıq Qarabağda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Bankda olan qeydiyyatlara görə, bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur. Ancaq bu günə qədər həmin müəssisələrdə hansısa sirrin yayılmasına görə işdən azad olunub cinayət məsuliyyətinə cəlb olunan görməmişəm”.
Məlumata görə, gündəmi zəbt edən bu hadisə ilə bağlı “İran Mellat Bankı”nın İrəvan filialının, İravanda yerləşən İran konsulluğunun qarşısında etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulub və erməni sosial mediasında bununla bağlı dəvətlər sürətli şəkildə yayılmağa davam edir.



Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 24-04-2017, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma