Rusiya Cənubda öz güclərini cəmləşdirəcək, çünki Ukraynadan sonra hədəf Qafqazdır.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi Rusiyanın yeni hərbi hədəfləri haqda yazıb.
Rusiya son 20 il ərzində ilk dəfə hərbi büdcəsini 5 faiz azaltdığına diqqət çəkən mərkəz qeyd edir ki, “görünür, Rusiya diqqətini əsas hədəflərə yönəldəcək”.
“Münaqişənin mərkəzi Qafqaza – Gürcüstana, Azərbaycana və Ermənistana daşına bilər. Məhz Qafqaz Qərb və Rusiyanın beynəlxalq səviyyədə hərbi-siyasi qarşıdurmasının yeni nöqtəsi ola bilər”, - deyə məqalədə bildirilir.
Mərkəzin analitikləri iki məqama diqqət yetirilirlər: birincisi, Gürcüstanda NATO-nun tədris mərkəzinin açılışı; ikincisi, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması;
Amerikalı analitiklər qeyd edirlər ki, Rusiya Qarabağ münaqişəsində təmkinli diplomatiya izləyir. Moskva münaqişə tərəflərini dialoqa çağırır, həmçinin, hər iki ölkəyə silah çatdırır.
Paylaş: