Sergey Şəkəryants
EAdaily.com, 11.12.2017
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq və Amerika səfirliyini ora köçürmək haqda qərarı elə bir əks-səda törədib ki, hətta ABŞ-ın müttəfiqləri və uzun illər İsrailə rəğbət bəsləyənlər (məsələn, Böyük Britaniya), həmçinin AB rəhbərliyi indi Ağ Evin qərarını pisləyir.Lakin bu ideya bu gün, ya dünən doğulmayıb. Bu, prezidentin kürəkəni Cerad Kuşner İsrailə “başmaq seyrinə” çıxarkən başlanıb və onun adı ABŞ-ın Təl-Əviv səfiri vəzifəsinə mümkün namizəd kimi tez-tez çəkilib. Aydındır ki, ABŞ hökuməti gözləyirdi (təyin olunmuş səfir Deyv Fridman Qüdsdə yaşayacağına and içsə də, Konqres onu hələ də təsdiqləməyib) və bir də müsəlman dünyasının sadəcə hiddət fırtınasını və Avropa və Rusiya tərəfdən narahatlığın aşkar ifadəsini deyil, hansısa ciddi nəticələri gözləyəcək.
Trampın müsəlmanların peyğəmbəri Məhəmmədin doğum günündə (!) elan edilmiş qərarının qaynaqları, həmçinin ABŞ prezidentinin bəyanatına bir neçə gün qalmış baş verən fon hadisələr maraqlıdır. Əlbəttə, hamısını sadalamaq mümkün deyil, lakin ən önəmlisini, sadəcə, yadda saxlamaq lazımdır. Trampın Qüds üzrə bəyanatı və Rusiya, Türkiyə, İran prezidentlərinin Suriya üzrə Soçi sammitindən xeyli qabaq İran XİN tərəfindən gözlənilmədən replika gəlib: terrorçularla müharibənin tezliklə bitəcəyinə baxmayaraq bölgə artıq yeni müharibənin astanasında durub.
Ardınca İran müdafiə naziri, briqada generalı Əmir Xatəmi və İran parlamentinin spikeri Əli Laricaninin müxtəlif KİV-lərdə artıq dəfələrlə qeyd olunan bəyanatları gəlib. Xatırladaq ki, Xatəmi İŞİD üzərində qələbəylə bağlı eyforiyadan çəkindirərək işarə vurub ki, bölgə qarşısında yeni müharibə təhlükəsiylə “problemlər” durur. Laricani isə vurğulayıb ki, “… bölgədə terrorizm haqda məsələ başa çatmayıb” və “qalan terrorçular bölgədə yeni macəralar axtarırlar. Buna görə də İran və Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirmək önəmlidir”.
Fars News agentliyi noyabrın 9-da “İsrail generalına” isnadən məlumat yayıb ki, “İsrail rejiminin casus agentləri İran İİKK “Qüds” qüvvələrinin komandiri, general-mayor Qasım Süleymanini öldürməyi planlaşdırıblar”.
İran generalı Qasım Süleymani
Bu məlumat İsrail müdafiə naziri Avigdor Libermanın İsrail TV-si ilə məcburi etirafı ilə təəccüblü şəkildə üst-üstə düşüb: “Deyilənlərə rəğmən, Suriyada iranlı yoxdur. Bəli, xeyli ekspert, müşavir və b.k.-lər var. İran hələlik Suriyada iştirak etmir, hərbi baza yaratmayıb və bizim baş məqsədimiz gerçək hərbi qüvvə kimi onun iştirakının qabağını almaqdır”.
Bundan savayı, İraq sünni müsəlmanlarının yüksəkməqamlı təmsilçisi, antiamerika könüllü yığmasının rəhbərlərindən biri, əl-Rəbət əl-Muhəmmədi Şurasından Əbdülqadir əl-Həsəni İran ali lideri Seyid Əli Xameneiyə məktub göndərib: “İŞİD-ə qarşı müharibədə sizin tarixi mövqeyiniz İraq xalqı üçün effektliydi və İran və İraq xalqları arasında dostluq qurulması üçün imkanlar verir. İran və İraq arasındakı birlik həm dünyaya, həm də bölgəyə müsbət təsir göstərir”.
Görünür, ABŞ və İsraildə kimsə məhz bu məktubu artıq İraq sünnilərinin də İran rəhbərliyi və İranın ali din xadimlərinə “sədaqət andı” kimi dəyərləndirib. Amerikalılar gözlənilmədən 400-dən yuxarı ABŞ xüsusi təyinatlısının ər-Rakkadan təxliyəsi haqda bildiriblər. Əlbəttə, Reuters-in şərhindən belə çıxıb ki, kontingentin azaldılması “ər-Rakkanın azad edilməsi kampaniyasının bitməsiylə bağlıdır”.
İran tərəfi də bu qədər gözlənilməzcəsinə dünyaya xəbər (Iran Front Page-in məlumatı) verib ki, ABŞ MKİ başçısı “Qüds” qüvvələrinin komandiri, general-mayor Qasım Süleymani Suriyada olarkən ona məktub göndərib, lakin iranlı general hətta məktubu açmaqdan da imtina edib”.
İran ali liderinin qərargah rəisi Məhəmməd Qolpayeqani deyib ki, general-mayor Süleymani lap bu yaxınlarda Suriyanın Əbu-Kamal (əl-Bukamal) şəhərində hərbi əməliyyatlar zamanı bölgədəki vasitəçilərdən biri vasitəsilə MKİ şefindən məktub alıb: “Bizim komandir məktubu almaqdan imtina edib və bu xüsusda bildirib ki, söhbət üçün bizim ümumi heç nəyimiz yoxdur”.
Qolpayeqani general-mayor Süleymaninin taktiki gedişini yüksək dəyərləndirərək bildirib ki, “onun kimi insanlar İslam inqilabının bəhrəsidir”.
Qeyd edək ki, ABŞ MKİ general-mayor Süleymaniyə məktubun İran KİV-lərinə “sızması”nı heç cür şərh etməyib. MKİ-nin reaksiyası yalnız dekabrın 3-də, yəni Amerika və İsrail KİV-ləri Ağ Evin ötürməsiylə Trampın Qüdsü tezliklə İsrailin paytaxtı kimi tanıyacağı haqda xəbər verəndən sonra gəlib.
MKİ şefi Mayk Pompeo
General Süleymaniyə məktubla bağlı MKİ-nin də “şərhini” göstərək. Reutersxəbər verib ki, MKİ başçısı Mayk Pompeo İraqdakı Amerika hərbçilərinə istənilən hücuma görə məsuliyyət haqda xəbərdarlıq etdiyi general Süleymaniyə məktub yazıb. Pompeonun sözlərinə görə, İran sərkərdələrindən biri İraqda Amerika hərbçilərinə hücum edilə biləcəyi haqda eyham vurandan sonra bu məktubu yazmağı qət edib: “Biz bu məktubda yazmışıq ki, İraqda Amerika maraqlarına nisbətdə istənilən hücuma görə şəxsən o və İran məsuliyyət daşıyacaq. Buna əmin olmaq istəyirəm ki, İranda hər şeyi son dərəcə aydın şəkildə anlayıblar”.
Ancaq Pompeo həm də boynuna alıb ki, Süleymaninin onun hədəsini ümumiyyətlə oxumadığı ona məlumdur. Pompeo müdafiə məsələləri üzrə forumlardan birində deyib: “Mən öz məktubumda İraqda İran təhlükəsinin artdığı haqda narahatlığımı ifadə etmişəm, lakin İran generalı onu oxumaqdan imtina edib. Düzünü desəm, mən pərt olmadım”.
Bu qəribə və ziddiyyətli epizod, İran KİV-lərində məktub haqda “sızmaya” MKİ-nin “təmkini” də inandırır ki, hadisənin İran şərhi daha mötəbərdir. Bax, buna görə. Dünyaya məlumdur ki, İran xüsusi təyinatlıları Süleymaninin komandanlığı altında hələ xeyli illər qabaq İraqdakı Amerika qoşunlarını xeyli yolub. Hətta ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buş Konqresdə çıxış edərkən bunu etiraf edib. Qasım Süleymanini MKİ-nin keçmiş direktoru, 2008-ci ildə şəxsi mesaj göndərilmiş Devid Petreus da şəxsən xatırlayır: “General Petreus, siz bilməlisiniz ki, mən İranın İraq, Suriya, Livan, Qəza və Əfqanıstandakı siyasətinə sorumlu olan Qasım Süleymaniyəm”.
Bəzi məlumatlara görə, general-mayor Süleymaninin MKİ-nin özündə agentləri var və məlumatlardan biri sözügedən Petreusa “gözlənilməz və anlaşılmaz” şəkildə ötürülüb – idarə başçısının birbaşa iş masasının üzərinə. İkincisi, bu, məntiqcə ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə Baş müaşviri Əliəkbər Vilayətinin də iki bəyanatını xatırladıb. O hələ noyabrın 21-də televiziyaya müsahibədə Əbu-Kamalın (əl-Bukamalın) azad edilməsi münasibətilə Suriyanı təbrik edərək birinci bəyanatda “bölgədə İŞİD tam məhv ediləndən sonra terrorçuları təsis edənlərin və sponsorlarının yeni sabitsizləşdirici sui-qəsdləri” haqda narahatlığını ifadə edib: “Onlar (yəni ABŞ və terrorçuların başqa sponsorları) bir neçə il əvvəl Yaxın Şərqin dəyişdirilməsi üzrə planlardan danışırdılar. Onların yeni Yaxın Şərq yaratmaq planı bundan ibarət idi ki, sərhədlər dəyişdirilsin, İsrail rejimi özünü güvəndə və sakit hiss etmək üçün müqavimət zəifləsin. Bu planı Səudiyyə Ərəbistanı maliyyələşdirib, ilhamlandırıcısı isə İsraildir”.
İran ali liderinin baş müşaviri Əliəkbər Vilayəti
Cənab Vilayəti ikincidə isə ABŞ-ın Suriyada bazaları və hərbi iştirakı saxlamaq niyyətini pisləyərək artıq həyata keçirilən, yəni amerikalıların ər-Rakkadan getdiyi haqda xəbərdarlıq edib: “Onların bilməyi gərəkdir ki, necə ki, Əbu-Kamalda qala biləcəkərini düşündükləri, lakin oradan qovulduqları kimi ər-Rakkadan da tezliklə qovulacaqlar”.
Nə etməli, İran rəhbərliyi də hərbi komandanlıq kimi haqlıydı – bütün bölgə boyu yeni müharibə ocaqları yaratmaq cəhdlərinə təşəbbüs edilib. Faktlara keçək. Yəməndə bu ölkənin eks-prezidenti Əli Abdulla Saleh İran hərbçilərinin Yəmən müharibəsində birbaşa iştirakı haqda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı iddialarını ictimai şəkildə təkzib etməyə macal tapmadan yerli şiə husilərə münasibətdə dərhal satqınlıq edib. Sonradan nə və necə baş verdiyi haqda məlumatlar son dərəcə ziddiyyətlidir, lakin Saleh dekabrın 3-də qətlə yetirilib. İran və şiə husilər isə sui-qəsdin uğursuzluğundan danışıblar. İran prezidenti Həsən Ruhani hələ Soçi sammitində Suriyanın özü və Rusiyadan başqa bütün ölkələr üçün Suriyada qapalı səma rejimi təmin etməyi xahiş etməmişdi? Və budur, İsrail Dəməşqətrafı şəhərcikdəki Araşdırma Mərkəzinə raket hücumu edərkən “Suriya HHM cavab atəşi açıb və hücumu dəf edərək üç hədəfi vurub”. Lakin, bizim baxışımızca, orada Suriyanın adi HHM qüvvələrindənsə daha yüksək səviyyəli ZRK işləyib – hamının effektli RƏM silahı saydığı sistemlər. Hazırda Suriyada beləsi – S-300 vəS-400 qurğularının müxtəlif növləri var, lakin onlara məhz Rusiya nəzarət edir. Yekunda isə Yəməndə və Suriyada Dəməşq rayonunda, yəni Amerikanın Ət-Tanfə bazasının sanki Suriya ordusu və şiə könüllü yığması tərəfindən mühasirədə yerləşdiyi cənuba yaxın yeni hərbi cəbhələr yaratmağa iki kəmuğur cəhd. Əlbəttə, hələlik məlum deyil ki, ABŞ-ın İraqda Amerika hərbçilərinə hücuma görə hədələdiyi yüksəkməqamlı İran sərkərdəsi kimdir. Lakin general-mayor Süleymaninin MKİ-nin keçmiş direktoru Petreusa məktubunu yada salsaq, təxminən, 100% əmin olmaq mümkündür ki, söhbət məhz general-mayor Süleymanidən gedir.
Digər tərəfdən, ABŞ 400-dən çox xüsusi təyinatlını bu şəhərdən çıxarıbsa, ayətulla Xameneinin beynəlxalq məsələlər üzrə müşavirinin “amerikalıları ər-Rakkadan qovmaq” hədəsi tamamilə ciddi qəbul edilib. Yəni Rakka əyalətində də hələlik yeni müharibə perspektivi yoxdur.
Və burada “Qüds ortalığa çıxır”. Durum bir anda qızışır – hər şeydən əvvəl İsrailin özündə, həmçinin Qəza sektorunda və İordan çayının qərb sahilində. Müsəlman ölkələri, hətta TürkiyəABŞ-la və Vaşinqtonun nümunəsini izləməyə cürət edənlərlə münasibətləri kəsmək hədəsi gəlib. İran bundan zəif reaksiya vermir, lakin isteriya və təhdidsiz. Bu günlərdə Tehranda və başqa şəhərlərdə səslənən çıxış və çağırışlarda yeni heç nə yoxdur. Bir də bunun üçün İrana müttəfiq xeyli qüvvə və qruplar varsa, kimisə şəxsən “təəccübləndirmək” nəyə lazım? Və budur, bəyanat … İraqdan gəlib. Al Alam saytının xəbər verdiyi kimi, İraqın (“əl-Həşd əş-Şəabi” Xalq səfərbərlik qüvvələrinin tərkibindəki) “əl-Nəcəbə” şiə silahlı qruplaşmasının lideri Əkrəm əl-Kəəbi tələb edib ki, terrorizmin qızışmasından yayınmaq üçün ABŞ hökuməti Qüdsün İsrailin paytaxtı kimi tanımaq haqda qərarını dəyişdirsin. O həmçinin bildirib: “Trampın Qüdsü sionçuların paytaxtı etmək haqda səfeh qərarı bu məxluqu islam ümmətinin cismindən uzaqlaşdırmaqda böyük əsas və Amerika qoşunlarına hücum üçün qanuni səbəb olacaq”.
Əlbəttə, İraq hökumətinin bəyanatı xeyli yumşaq və təmkinlidir, amma Bağdad qərarın ləğvini tələb edir. “Biz bölgədə və dünyada sabitliyə nisbətdə bu qərarın təhlükəli nəticələrindən çəkindiririk, – İraq hökumətinin bəyanatında deyilir. – ABŞ administrasiyası bu qərardan imtina etməlidir ki, ekstremizmə təkan verən və terrorizm üçün əlverişli şərait yaradan istənilən təhlükəli eskalasiya dayansın”.
Xatırladaq ki, İraqda hazırda 5000-dən çox Amerika hərbçisi var. 10 000-ə yaxın döyüşçüsü olan “əl-Nəcəbə” şiə könüllü yığması isə İraqda ən önəmli güclərdən biridir. Əminik ki, hətta adi gözlə baxanda hiss olunur – amerikalıların ər-Rakkadan qaçması, kiminsə İraqda Amerika hərbçilərinə mümkün hücumlar haqda eyhamları, general-mayor Süleymaniyə məktubla bağlı “qəribə əhvalat” və Yəmənin eks-prezidentinin qəribə həlakı, İsrailin Dəməşqətrafı şəhərciklərə baş tutmamış raket hücumu – bunlar bir zəncirin həlqələridir.
İraq şiə könüllüləri
Və İran Məclisinin xarici siyasət və milli təhlükəsizlik üzrə komitəsinin sədri Əlaəddin Borujerdinin “Rusiya silahının İrana yeni tədarükü üçün siyasi baxımdan maneə olmadığı, hərbçilərin isə gələcək silah tədarükü haqda qərar qəbul etməli olduqları” haqda 6 dekabr bəyanatına da bu silsilədə yer var. Bu, artıq eyham deyil, ən yaxın perspektivə birbaşa işarədir… Birinci növbədə İranın potensial hərbi və strateji düşmənləri və İrana müttfəiq qüvvələr üçün. Lakin Trampın qərarı ilə Yaxın Şərqdə müharibənin yeni cəbhələri üçün ilkin şərtlərin artıq yaradıldığı, müharibənin isə “yaxında olduğunu” söyləmək, yəqin ki, tələsgənlik olar. Tehranın özündə müharibədən deyil, yalnız “yeni Fələstin intifadası”ndan, yəni “dinc üsyandan” danışırlar. Və düzünü desək, artıq İraqın Kürdüstan muxtariyyətində sentyabrdakı kürd referendumuyla bağlı hər şeyin qeyri-müəyyən müddətə “dondurulması”nın təklif edildiyi, həmçinin İraqın sünni lideri Əbdülqadir əl-Həsəninin İranın rəhbər rolunu etiraf etməsini, elə onun “İran və İraqın birliyi”ni elan etdiyini görərək, istər-istəməz ehtimal edirsən ki, ABŞ İraq və Suriyadan qoşunları tam çıxarmaq üçün bəhanə axtarır. Hətta Vaşinqtonun öz hərbçilərini hər iki ölkədə saxlamaq niyyətini bildirdiyinə, Ağ Evin mətbuat katibi Sara Xakabi Sandersin isə prezidentin səfirliyi Qüdsə köçürmək qərarının administrasiyanın Yaxın Şərq sülh prosesində iştirakı dayandırdığını ifadə etmədiyi haqda niyyəti bildirdiyinə baxmayaraq. Və səbəb var – Suriyada amerikalılara ümumiyyətlə “xəbərdarlıq etmirlər”, buna ehtiyac yoxdur və Əbu-Kamal azad edilib, elan olunub ki, növbədə ər-Rakkanın amerikasızlaşdırılmasıdır. Amma amerikalılar qanuni əsasla İraqdadırlar – Bağdadla sazişə əsasən. Və budur, “Qüdsün tanınması” və İraq şiələrinin təhdidi meydana çıxır…
Bu arada dekabrın 8-də müsəlman ölkələrinin külli sayda şəhərlərində antiamerika və antiisrail şüarlarıyla “qəzəb günü” yaşanıb… Belə ki, həlli qarşıda duran məsələ – ya dünya məşhur “mərkəzlər”in sünnilərlə şiələr arasında müsəlmandaxili münaqişə açmaqdan imtina, ya da Yaxın Şərqin “yenidən yüklənməsi” üzrə hansısa yeni planın meydana çıxması ərəfəsindədir. Və İran eyham vurur ki, Rusiyadan yeni hərbi tədarüklər gözləyir…
Tərcümə Strateq.az-ındır.
Paylaş: