Yuri Podolyaka
«Военное обозрение», 16.01.2018
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Amerika hərbçilərini “YPG nişanlarını” açmağa çağırıb ki, onun sözlərinə görə, Afrin və Mənbic problemini elə bu saat birdəfəlik və həmişəlik həll edəcək Türkiyə hərbçilərinin nişangahına çevrilməsinlər.
Beləliklə, Türkiyə lideri müharibəyə cürət edəcəkmi? İki NATO ölkəsinin Suriya ərazisində birbaşa qarşıdurmasını görəcəyikmi?
KİV-lər artlq bir neçə gündür xəbər verir ki, Türkiyəyönlü deyilən müxaliflər yenidən qruplaşmanı bitirib və qərbi Suriyada kiçik kürd anklavı Afrinin üzərinə hücuma hazırdır. Qarşıdakı əməliyyatın əsas zərbə gücü Ankaranın formalaşdırdığı, təbii ki, Türkiyə HHQ, artilleriya, xüsusi təyinatlılar, həmçinn zirehli tank birləşmələrinin dəstəkləyəcəyi 20 minlik ordu olmalıdır. Əlbəttə, kürdlər bu cür konsentrasiya olunmuş zərbəyə duruş gətirməyəcəklər (onlar isə bu gün Türkiyəyönlü qüvvələrin de-fakto tam mühasirəsindədirlər). Doğrudanmı, onların aqibəti artıq qabqcadan həll olunub və heç kim onları xilas edə bilməz? Bəli, Afrinin durumu təhlükəlidir, amma ümidsiz deyil.
Türkiyə lideri Suriyanın şimalında kürd hərbi dəstələrini məhv etmək ideyasını artıq çoxdan fikrində tutub. O, 2016-cı ilin avqustunda “Fərat qalxanı” əməliyyatına başlamaq əmri verib. Əməliyyatın niyyəti çayın qərb sahilini kürd təsirindən tamamilə təmizləməyi nəzərdə tuturdu. Lakin amerikalılar o zaman öz hərbçilərini ön cəbhəyə çıxardaraq Türkiyə ordusunun çox tələsik addımını önləməyi bacarıblar. Rəcəb Ərdoğan o zaman zərbə endirməyə cürət etməyib və geri çəkilib. Onun üçün son dərəcə böyük risklər var idi.
Niyə? Türkiyə də Ukrayna kimi ikiyönlü oynamağa cəhd edir. Ərdoğan Rusiya və ABŞ-ın ziddiyyətlərində oynayaraq maksimum mümkünü əldə etməyə çalışır və bu, hələlik alınır. Bundan çıxış etməklə tərəflərdən hər hansıyla münasibəti kəsmək ona sərf etmir. Kürdlərə zərbə onu birmənalı şəkildə ABŞ-ın düşməni edib və tam şəkildə Rusiyanın hakimiyyətinə verib. Düşünürəm ki, məhz bu təsəvvür də öz rolunu oynayıb: Türkiyə ali baş komandanı Mənbicə hücum əmrinə belə də cürət etməyib.
Ehtirasların ən gərgin vaxtında kürdlərlə Türkiyə ordusu arasındakı bufer zonasını nəzarətə götürməkdə onların xahişinə razılaşan Moskvanın da mövqeyi Ankaraya qarşı oynayır.
Rusiyanın mövqeyini anlamaq asandır. Bu gün Yaxın Şərqi total nəzarətdə saxlamaq üçün onun yetərincə gücü və nüfuzu yoxdur. Buna görə o da bölgə oyunçularının arasındakı ziddiyyətlərdə oynamağa səy edir. Habelə bölgənin keçmiş hegemonu ABŞ-ın ayrı-ayrı ziddiyyətlərində. O, hələlik buna müvəffəq olur, lakin bu cür oyun “tərəfdaşlar”dan hər birinə qarşı əks-tarazlıq mövcud olana qədər mümkündür. Bu gün hər tərəfdən təcrid olunmuş Kürdüstanın tam məhvi məhz bu səbəbdən Rusiyaya əl vermir. Onu saxlamaq daha səmərəlidir, amma Amerikanın deyil, özünün … nəzarətində. Təbii, sülhməramlı təsəvvürlər üzündən.
Yeri gəlmişkən, bu gün İsraillə yanaşı onun sürətlə güclənən müttəfiqi İrana qarşı ən yaxşı əks-tarazlıq olan Səudiyyə Ərəbistanının tam məhvi elə bu səbəbdən Moskvaya sərfəli deyil. Bununla bərabər, bu gün Moskva üçün ideal durum formalaşır: Türkiyə və ABŞ-ın ziddiyyətlərindən faydalanaraq hər ikisinin mövqeyini kəskin şəkildə zəiflədə və Bəşər Əsədin qanuni hökumətinin mövqeyini gücləndirə bilər. Afrin anklavının rəhbərliyi Türkiyənin hücuma başlamaq qətiyyətinə həqiqətən də inanırsa, onun üçün yeganə xilasedici qərara gedə bilər, yəni şəhər üzərində Suriya bayrağını qaldırar və özünü qanuni hökumətə tam tabe ərazi elan edə bilər.
Özü də Afrinin nümunəsi sonradan Mənbic və bu gün SDQ-yə tabe bütün ərazilər üçün örnək ola bilər. Moskva və Dəməşq onların başı üzərinə qaldırılan türk dəyənəyindən istifadə edərək həm, ən azı, ölkə ərazisinin bir hissəsini risksiz və itkisiz nəzarətə götürər, həm də SDQ-nin müxtəlif tayfalardan dəstələri arasında ziddiyyətlər yaradıb sonra da dərinləşdirərək bu ittifaqı tamamilə dağıdar və bu qayda ilə aydındır ki, növbəti İŞİD mərhələsinə daxil olan, “xilafət”lə mübarizə üzrə keçmiş “tərəfdaşlar”ın əsas rəqiblərə çevrildiyi Suriya müharibəsinə son qoya bilər.
Beləliklə, Afrinin taleyinin bu başdan həll edildyini düşünmək tezdir. Nə qədər ki ərazilərin bu parçasını öz nəzarətinə götürmək istəyən bir neçə güclü opponent var, qərar çəngəli qalır. Düzdür, bu variantların hamısı kürdlər üçün uğursuzdur. Onlar öz gələcəklərini ABŞ-a bağlamaqla təkcə türk ordusunun deyil, həm də Rusiya diplomatiyasının qanuni qurbanı olublar. Buna görə də onların iki variantı var: ya türk “işğalçılarıyla” qeyri-bərabər mübarizədə həlak olmaq, ya da qanuni hökumətin mərhəmətinə təslim olmaq.
Və düşünürəm ki, kürdləri gerçəkdən qarsılmaq qoxusu vuranda “təbəəliyə” götürülmək xahişiylə Dəməşqə üz tutacaqlar. Rus “qəsbkarları”nı isə növbəti dəfə Türkiyənin başkəsənlərindən xilas etməyə çağıracaqlar ki, onlar da bunu məmnuniyyətlə edəcəklər.
P. S. Bu durumda ən “gülməlisi” budur ki, Moskva istənilən bölgüdə uduşda qalacaq. Ərdoğan hücum eləsə, bu onu tam şəkildə Putinin “pəncəsinə” itələyəcək, belə olmasa, Rusiya üçün çox mühüm problemi həll etməyə yardım olacaq.
Tərcümə Strateq.az-ındır.
Paylaş: