Xəbər lenti

Adrian Radçenko

ehorussia.com, 25.03.2018

 

-Necə düşünürsünüz, Rusiya elitası Putini rədd etməyə səy göstərəcəkmi? Ən yaxın ildə belə bir ssenari mümkündürmü?

-Bu cür rejimləör ümumən ancaq saray çevrilişi ssenarisiylə sona çatır.Avtoritar rejimlərdə hakimiyyət seçkilərlə dəyişmir. Bu haqda hamı yüz dəfə danışıb, amma mən vurğulamaq istəyirəm ki, Putinin necə görkəmli nəticə əldə etdiyi haqda Rusiya mediasında böyük səs-küy salınmışdı, seçkiər isə azad adlandırılmışdı. Amma, gəlin, hər halda iki əsas şeyi unutmayaq. Birincisi, müxalifətdən iki namizddən biri (Boris Nemtsov) praktik olaraq Qırmızı Meydanda güllələnib, o biri isə (Aleksey Navalnı) ədalətsizcə mühakimə olunub və seçkilərdən uzaqlaşdırılıb. Belə ki, hansə düzgün seçkilərdən danışmaq olar? Amma hələ bu da hamısı deyil.

İndi bizim hələ (elektoral statistikanı incələyən) Sergey Şpilkinin riyazi üsulu, yəni iştirak üzrə saxtalaşdırmanın sadəcə izini göstərən sataistik məlumatların analizi var. Vurulan yekunlara görə, qutulara Putin üçün 10 milyon səs atılıb. Başa düşürsünüz, bundan sonra adam ömürlük həbs qazanır, çünki biz həm qətllər, həm də genişçaplı saxtalaşdırmalar görürük – bu cinayətlər, hər şeydən əvvəl, Putinin özü tərəfindən təşkil olunur. Buna görə də seçkilər – manipulyasiyadır. Lakin bu o faktı aradan götürmür ki, hətta 10 milyon səsi onun ayağına yazıblarsa, onda 45 milyon, tutaq ki, inzibati resurs altında olsa da, səs verib. Həm də səs  verənlərin hansısa qismi bu militarist, əslində, qonşu dövlətlərin ərazisinin ilhaqı və təcavüzün xidmət və hünər sayıldığı faşist təbliğatıyla ruhlandırılıb. Bu cür rejimlər yalnız ciddi geopolitik məğlubiyyətlər nəticəsində aradan gedir, bunun miqyası isə Qərbin qətiyyətindn asılıdır. Və əlbəttə, hərbi üsullarla deyil, çünki Nemtsovun Ukrayna televiziyasında haçansa dediyi kimi, xüsusən də başçısı “ruhi xəstə” olan nüvə dövlətiylə heç kim vuruşmaq istəmir. Lakin Qərbuin əzəmətli iqtisadi vasitələri var və mən bunu sizə Vaşinqtondan deyirəm. Xatırladıram ki, yanvarın 29-da Putin rejiminə öldürücü zərbə vura biləcək Kreml məruzəsi hazırlanıb. Axı siyahıdakı 210 nəfərdən savayı bu adamların – bunlar isə Rusiya rəhbərliyidir – hamısının qanunsuz qazandığı cinayətkar sərvəti göstərən yüzlərlə səhifəlik maliyyə məlumatı var idi. Rusiya xüsusi xidmətlərinin hansısa müəmmalı səbəbdən ABŞ səfəri nəticəsində bu məılumat məruzənin məxfi hissəsinə keçirilib və dərc edilməyib. Hazırda Amerikada aparılan mübarizə isə, əslində, prezident Trampla Amerika hərbi-siyasi isteblişmentinin əksəri arasındakı mübarizədir. İndi artıq heç kimin şübhəsi yoxdur ki – bu haqda açıq danışırlar – Tramp Putindən dəhşətli dərəcədə qorxur və möhkəm bilir ki, Putində onun haqqında ləkələyici ciddi material var. Qəzb doğuran son məsələ budur ki, Trampın bütün müşavirləri Putinin təbrik etməmək üçün ona böyük hərflərlə yazmışdılar, o isə zəıng edib təbrik etdi və qorxu və asılılığının dərəcəsinin necəliyini bir daha göstərdi. Məncə, siyasi isteblişment və Trampın mübarizəsi Müllerin təhqiqatı xətiylə də zirvəyə yaxınlaşır. Ukraynaya və oxucularınıza geniş məlum olub-olmadığını bilmirəm, MKİ-nin keçmiş direktoru Con Brennanın 15 dəqiqəlik müsahibəsi bütün Amerikanı sarsıdıb. Birincisi,  ittihamların kəskinliyinə görə onun misli görünməyib – Brennan Trampı küncə qovulmuş heyvan adlandırır. İkincisi, Brennan faktiki açıq mətnlə deyib ki, onda Trampa görə Amerikanı sarsıdacaq yetərincə informasiya var. Bütün bunların sualnıza birbaşa dəxli var. Rus xalqından oğurlanan bir trilyon dollar haqda bütün bu əzəmətli informasiya dərc olunanda Rusiya cəmiyyətinə dedikcə güclü təsir buraxacaq. Üstəgəl Böyük Britaniyadakı eyni əhvalatı gördüyümüz daha yarımtrilyon dollar. Həm (xarici işlər naziri) Boris Conson, həm də (Böyük Britaniya baş naziri) Tereza Mey bildiriblər ki, London Putin elitasının cinayətkar kapitalı üçün yer deyil, amma yenə də nəsə onları dayandırır. Hamısı bu qəti adım həddindədir. Və sizi əmin edirəm ki, 99 faizi Rusiya rəhbərliyi haqda məruzənin dərcini sevinclə qarşılayacaq. Habelə bütün antiqərb təbliğatına da böyük zərbə vurulacaq, çünki onu elə oğurladıqları xəzinələri Qərbə yığan həmin cinayətkarlar dəstəkləyir. Düşünürəm ki, Rusiya kleptokratiya sistemi bu cür maliyyə, iqtisadi və siyasi zərbəyə tab gətirməyəcək və onda çox ciddi ikitirəlik başlayacaq.

-Bu, Putini devirmək üçün tutarlı əsas olacaqmı?

-Mən “devirmək” sözünü işlətməzdim. Bu durumda təkcə Putinin deyil, Rusiyanın bütün siyasi zümrəsinin hakimiyyətdə qalması çox çətin olacaq.

-İşğal olunmuş Krımda Rusiya prezidenti seçkilərindən danışaq. Çoxları bildiriblər ki, bu, qanunsuzdur, çünki Krım Ukrayna ərazisidir. Amma bildirdilər və unutdular.

-Bu da həmin əhvalatdır. Budur, Brüsseldə AB ölkələrinin sammiti keçirilir və orada da hökmən qeyd edəcəklər ki, bu, Ukrayna və Rusiya konstitusiyalarının, beynəlxalq hüququn və daha nəyi desən,   pozulmasıdır. Bununla belə, Buritanjiyadan savayı Avropa dövlətlərinin, demək olar, bütün başçıları dişini qıcayıb, amma Putini seçki adlanan hadisədə qələbə deyilən nəticələrə görə təbrik ediblər. Bir opponentini qətlə yetirən, başqasını mühakimə edən və 10 milyon səs atmış cinayətkarı təbrik etmək nəyə lazım? Onlar ki bunu çox gözəl bilirlər. Bax, buv rejimin də varlığını Qərbin bu məntiqsizliyi uzadır.

-Onlar Putinin “nüvə dəyənəyi”ndən gerçəkdən qorxurlar, yaxud başqa səbəblər var?

-Hər halda dəli dəlidir, amma başını divara vurmaz. Nüvə silahı isə qarşılıqlı intihardır. Amma o, şəhid (orijinalda bu söz işlənib-tərc.) deyil və ömrünü intiharla başa vurmağa hazırlaşmır. Birincisi, bu trilyon dollar Qərb iqtisadiyyatına işləyir. Və onlarda cinayət yoluyla əldə edilən pulların yuyulmasıyala mübarizə haqda qanunvericilik var – əslində, heç bir yeni sanksiyalar lazım deyil, özlərini ələ salırlar? Aydındır ki, Rusiya rəhbərləri dövlət işindən azad vaxtda düz yolla on milyonlarla və yaxud Putin kimi yüz milyardlarla pul qazana bilməyiblər. Qərb isə bu qanunvericiliyi tətbiq etmir. Niyə? Bu pullar Qərb iqtisadiyyatının işləməsi üçün çox mühüm kəsimdir, trilyon dollar isə nəhəng puldur. Elə Trampı götürün. Hətta heç bir ləkələyici material yoxdursa da – hazırda Vaşinqtonda isə hamı əmindir ki, ingilis kəşfiyyatçısı Kristofer Stilin məruzəsində (Donalda Trampla bağlı ləkələyici materialla) təsvir edilənlərin bütünü (bu haqda bax: http://strateq.az/manshet/216604/trampi-ssri-y%C9%99-baglayan-tell%C9%99r.html) hamısı düzdür – onda Rusiya oliqarxlarının və yaxud yalan şəxslərin Trampdan bazar qiymətindən 2-3 dəfə dəyər olan evləri alması nəyə dəyər? Yəni Rusiya korrupsiya ixrac edir. Bundan başqa, Rusiyanın Qərbdəki agenturası amerikalıların məruz qaldığı hər cür səfehliyi vird edir ki, “Koreyada, İranda, İraqda, Suriyada, Ukraynada hansısa beynəlxalq problemi çözmək üçün bizə ruslar lazımdır”. Qərb heç cür həqiqətin üzünə baxa bilmir və ruslarsız beynəlxalq terrorizmlə necə çarpışacağını dərk etmir. Onlar anlamırlar ki, beynəlxalq terrorizm daxil olmaqla bu problemləri rus adlananlar, əslində Kremldəkilər yaradırlar. Amma, məncə, məsələ sona yaxınlaşır. Və Moskvanın Yaxın Şərqdə, Koreyada və başqa bölgfələrdə gerçəkdə nələr etdiyini göstərən faktlar görürük. Mən bunların hamısını Vaşinqtondan seyr edirəm. Hansısa ötəri proqnozlarasdan danışsaq, düşünürəm ki, Tramp 2019-cu il yanvarın 1-ə qədər ABŞ prezidenti kimi qalmayacaq. Trampsız isə Putin rejiminə müqavimət daha təsirli şəkildə gedəcək. Tramp artıq indi bir çox məsələlərdən uzaqlaşdırılıb. Bütün siyasətiRusiya təcavüzü haqda (Donbasın işğalsızlaşdırılması haqda) qanun qəbul edilənədək sizin rəıhbərlikdən daha çox Ukraynayönlü mövqeyi olan Kurt Uolkerin həyata keçirdiyi Ukrayna məsələsini götürün. Axı buna qədər yalnız Uolker aydın deyirdi ki, söhbət işğaldan gedir və orada Rusiya qoşunları var. Bəli, Ukraynaya tank əleyhinə raketlər satılması haqda qanun da qəbul edilib. Belə ki durum dəyişilir. Moskvanın səhvi sıradakıdır: düşünürdülər ki, Trampı Ağ Evdə oturdublar və indi Amerikanı yönəldəcəklər, amma buna bənzər heç nə alınmadı. Orada institutlar prezidentdən güclüdür. Lakin hələlik bir çox ciddi məsələlərə əngəl ola bilir. Xüsusən də yanvarın 29-da elan edilməli olan həlledici sanksiyalardan danışsaq. Bu, Putin sisteminə həlledici zərbə olacaq.

-Dövlət katibi postunda Reks Tillersonun Mayk Pompeo ilə əvəzlənməsi ABŞ-Rusiya münasibətlərində hansı rolu oynayacaq?

 -Tillerson Trampdan daha ağıllıydı və özünü çox da aşkar məlum etmədi, amma o da Putiyönlü adam idi. Məgər 19 il rus neftində işləyərək başdan-ayağa bulaşmamaq, hələ bir orden də almaq mümkündür? Pompeo isə Putin rejiminə qarşı qəti şəkildə mənfi köklənmiş adamdır. Trampla münasibəti isə məhz yaxşıdır. Və bunda yaxşıdır ki, bu münasibətlərdən faydalanacaq ki, heç olmasa, Ukrayna istiqamətində Uolkerin mövqeyini dəstəkləsin. ABŞ daxilində bütün proseslər ləng şəkildə, amma Putinin ziyanına inkişaf edir. Ancaq qəti addım Trampın hakimiyyətdən uzaqlaşdırılması olacaq…

 

Tərcümə Strateq.az-ındır.  

 




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 26-03-2018, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma